Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib

“Opinion Way” parlament seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini elan edib
Baş Prokurorluq əhaliyə müraciət edib
Mikayıl Cabbarov: Zəngəzur dəhlizi tranzit marşrutlar üçün mühüm qovşaq rolunu oynayacaq

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan yaşıllıqlar barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Dövlətimizin başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.