Təqvim
| « Mart 2010 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | | 29 | 30 | 31 | |
|
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009 – cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA Seçki Qərargahı referenduma hazırlıq mərhələsini, referendum gününü və referendumdan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10 – dan intensiv fəaliyyətə başlayıb.
|
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı müsabiqəsində qalib gəlmişdir. «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması və seçkilərin şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» adlı layihənin müddəti 5 aydır ( avqust – dekabr 2008).
|
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı (AKTAM) "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. Hazırlanmış qanunun məqsədləri təhsil kreditlərinə, ali ixtisas təhsilinin maliyyələşdirilməsinin effektiv iqtisadi mexanizmlərinə, keyfiyyətli təhsilin alınmasına dair eyni imkanların və təminatın artırılmasına dövlət yardımı sisteminin yaradılmasıdır.
|
|
CaspiLog 2 (Caspian Dialog 2) May ayının 7-9-da Aqua Parkda, Novxanıda keçirilmişdir. CaspiLog 2 Tətbiqi Sistemlərin Analizi üzrə Beynəlxalq İnstitutun (İİASA) Beynəlxalq Danışıqlar Prosesi (PİN) Proqramı, Xəzər Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyi (CPF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (ACSDA) tərəfindən birgə təşkil edilmişdir. Avropadan, Birləşmiş Ştatlardan və Kanadadan, keçmiş Sovet ölkələrindən gələn diplomatlar, siyasətçilər və alimlər konfransa qatılmışlar. Konfransın gedişində Xəzər dənizi ilə bağlı olan mühüm məsələlər, məsələn Xəzər dənizinin statusu, təhlükəsizlik və ekologiya məsələləri müzakirə edilmişdir.
|
|
AVCIYA-nın fikrincə Azərbaycanda islahatların səviyyəsi, eləcə də, demokratikləşmə və cəmiyyətin inkişafı elmin, xüsusilə də ictimai elmin inkişafından asılıdır. Buna görə də Assosiasiya vətəndaş cəmiyyətinin problemlərinə, eləcə də dünya siyasətinə və elminə həsr olunmuş aylıq ictimai-siyasi jurnal olan "Bugün və sabah. Azərbaycan gündəmdə" jurnalının nəşrinə başlayıb. Jurnal 2 azərbaycan və ingilis dillərində nəşr olunur.
|
|
Aprelin 7-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu "Molla Nəsrəddin" jurnalının 100 illiyi ilə bağlı tədbir keçirdilər. "Molla Nəsrəddin" jurnalı ilk dəfə 1906-ci ildə Təbrizdə nəşr edilmişdir. AVCİYA-nin və Söz Azadlığını Müdafiə Fondunun təşəbbüs ilə bu jurnalın Təbrizdə nəşr edilən 8 sayının yenidən toplanaraq fars dilində yazılmış məqalələrin Azərbaycan dilinə tərcümə edildi və 300 nüsxədə çap edildi.
|
|
Avqustun 22-də Beynəlxalq Mətbuat Mərkəzində Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalının ildönümü ilə əlaqədar "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım" Assosiasiyasının və "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkil etdikləri "Ermənistanın işğalçılıq siyasəti və onun fəsadları" mövzusunda Dəyirmi Masa keçirilib.
|
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının növbəti layihəsini 13 may 2006-cı ildə ölkəmizdə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı idi. AVCİYA, Bolqarıstanın «Azad və demokratik seçkilərin keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası»(ADSVTA) Qeyri hökumət Təşkilatı və Şəffaf Seçkilər monitorinq mərkəzi» ilə birgə müşahidəçi qismində çıxış etmişdir.
|
|
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVSİYA) "11 sentyabr terroru": gəlin birlikdə düşünək" mövzusunda dəyirmi masa keçirdi. Bildiyimiz kimi, 2001-ci il sentyabrın 11- də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda, dünya ticarət evinin göydələnlərində baş vermiş terror hadisələri bütün dünyanı sarsıtdı. Bəşər tarixinin ən qanlı olaylarından biri hesab edilən 11 sentyabr hadisələri bütövlüklə insanların terrora və terrorizmə münasibətini dəyişdi. Məlum oldu ki, terror hər hansı məqsədə çatmaq üçün vasitə deyil, sadəcə insanları qorxu içərisində yaşamağa məcbur etmək, çaxnaşma yaratmaq, onlara psixoloji təsir göstərmək, gərginlik yaratmaq, adamları daim psixoloji pressinqdə saxlamaq üçün antibəşəri bir metoddur.
|
|
18-20 aprel 2006-cı il tarixlərdə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə Xaçmaz şəhərində quş qripi xəstəliyi ilə əlaqədar maarifləndirici tədbirləri həyata keçirmişdir. Tədbirlər çərçivəsində Xaçmaz şəhərinin məktəbləri və müəllimləri arasında quş qripi haqqında nəyi bilməli və nə etməli devizi altında monitorinq, o cümlədən şagird və müəllimlər arasında quş qripi ilə mübarizə yolları barədə diskussiya xarakterli görüşlər keçirilmişdir.
|
|
AVCİYA-nın (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) və AKTAM (Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı)təşkilatçılığı ilə "Xaricdə təhsil alan azərbaycanlıların işlə təmin olunma problemləri" mövzusunda dəyirmi masa keçirildi.
|
|
Hər zaman olduğu kimi Azərbaycan cəmiyyətində olan müxtəlif problemləri qaldırıb onların həlinə çalışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti tədbiri "Bələdiyyə və KİV münasibətləri: inkişaf və problemlər müstəvisində" adlı Dəyirmi Masa oldu.
|
|
2007-ci lin yanvar ayından başlayaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası "Azərbaycan bələdiyyə sistemi" jurnalının nəşrinə başladı. Jurnal ildə dörd dəfə nəşr ediləcək dərgi respublikamızda bələdiyyələrin öz işlərini müasir tələblər səviyyəsində qurması prosesində yaxından iştirak edəcək. Jurnal bələdiyyə üzvləri və qulluqçuları, mütəxəssislər və tədqiqatçılar, habelə bu sistemin inkişafında və problemlərinin həllinə maraqlı olan hər bir şəxs üçün nəzərdə tutulub.
|
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə martın 27-də Beynəlxalq Mətbuat Mərkəzində «31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir» mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirin əsas məqsədinin əsrlər boyu Azərbaycan xalqına qarşı edilən soyqırım hadisələrinin əsas məqsədini araşdırmaq və ictimaiyyətə baş vermiş hadisələrin başlıca mahiyyətini çatdırmaqdan ibarətdir.
|
|
1992-ci ilin fevralın 26-da erməni quldurları keçmiş SSRİ-nin 366-cı alayının əsgər və zabitlərinin köməyi ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı divan tutdular. Yaşından və cinsindən asılı olmayaraq yüzlərlə insan məhv edildi. Erməni vəhşiləri qadınlara, uşaqlara, qocalara belə rəhm etmədilər. Bu quldurlardan qaçaraq canını qurtarmış insanların bir qismi Ağdama gedən yolda soyuqdan donub tələf oldular. Xocalı hadisələri Qarabağ münaqişəsinin alovunun daha da artmasına, Azərbaycan xalqında erməni quldurlarına qarşı nifrətin daha da güclənməsinə səbəb oldu.
|
|
AVCİYA 2004-cü ilin avqust-dekabr aylarında «İlham Əliyevin 365 günlük prezidentlik fəaliyyəti» mövzusunda ümumrespublika rəy sorğusu keçirdi. Sosioloji tədqiqatın əsas məqsədləri ölkənin yeni rəhbərinin bir illik fəaliyyəti dövründə yaranmış tendensiyaların müəyyənləşdirilməsindən əlavə, cəmiyyətin əsas problemlərinin üzə çıxarılması, onların həlli yollarının axtarılması olmuşdur.
|
|
2004-cü ilin dekabrında biz «Azərbaycanda bələdiyyə seçkiləri» mövzusunda daha bir genişmiqyaslı tədqiqat həyata keçirdik. Bələdiyyə seçkilərini tədqiqat obyekti kimi götürülərkən hər bir insanın özünüidarəetmə sistemində idarəetməyə cəlb edilməsinin ölkədə vətəndaş cəmiyyətinin inkişafı baxımından zəruri olduğunu nəzərə alınmışdır. Bu tədqiqat zamanı biz əhalinin bələdiyyələrdən nə gözlədiyini, yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin effektivliyinin artırılması üçün hansı tədbirlərin həyata keçirilməsinin lazımlı olduğunu və digər aspektləri öyrənməyə çalışdıq.
|
|
Assosiasiyanın irəli sürdüyü təşəbbüslərdən biri də Bakıya «Qəhrəman şəhər» statusunun verilməsinə yönəlmiş genişmiqyaslı beynəlxalq kampaniyadır. Faşizm üzərində tarixi qələbənin qazanılmasında azərbaycanlıların, Bakı neftinin və qəhrəman neftçilərin rolu əvəzsizdir. İkinci Dünya Müharibəsində 700 minə qədər azərbaycanlı könüllü olaraq cəbhəyə getmiş, onların 420 min nəfəri böyük qələbənin əldə olunması üçün həyatlarını qurban vermişlər. Arxa cəbhədə Bakı neftçiləri SSRİ-dəki neftin 80%-ni istehsal etmişlər.
|
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası miqyas baxımından nisbətən daha kiçik, lakin ölkə üçün çox vacib olan tədqiqat və tədbirləri də mütəmadi olaraq həyata keçirir. «20 Yanvar» hadisələrinin 15-ci ildönümü ərəfəsində AVCİYA-ya daxil olan QHT-lərin nümayəndələri və ziyalılarının Azərbaycanın milli azadlıq hərəkatı tarixində çox əhəmiyyətli bir səhifə olan bu hadisələrə yeni münasibət bildirmiş - «20 Yanvar» gününün «Milli Qürur və Fəxarət» günü kimi qeyd edilməsi təklifi ilə çıxış etmişlər. Bu təklif ölkənin mütərəqqi qüvvələri, ziyalılar, kütləvi informasiya vasitələri tərəfindən razılıqla qarşılanmışdır.
|
|
|