QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə əlaqədar 2018-ci il üçün İş planı təsdiq edilib
Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb
Azərbaycan komandası III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında üç medal qazanıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə sechki-2018.az saytına açıqlamasında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev məlumat verib.

Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.

Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A.Hacıyev deyib: “Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir. Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. Bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq. Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericiliyi var”.