Qız qalası MDB məkanında beş ən populyar romantik yerdən biridir

Prezident İlham Əliyev: “Azərspace 2” peykinin orbitə çıxarılması dövlətimizin növbəti uğurudur
“Göyçay tarixi” kitabının təqdimat mərasimi keçirilib
“Dədə Qorqud irsi” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

Bakıdakı Qız qalası MDB məkanında beş ən populyar yerdən biri sayılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “TurStat” analitika agentliyi Müqəddəs Valentin Günü ilə əlaqədar MDB ölkələri şəhərlərinin yerli sakinlər və turistlər arasında ən romantik yerlərinin və görməli məkanlarının reytinqini tərtib edib.

Ən populyar romantik yerlərin ilk beşliyində Minskdəki Troitskoye qəsəbəsi, Almatıdakı Kok-Tübe dağı, Astanadakı Bayterek abidəsi, Bakıdakı Qız qalası və Daşkənd teleqülləsi yer alıb. Reytinq internetdə aparılan sorğunun yekunları əsasında tərtib edilib.