Quram Marxuliya: Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir

Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
İsveçrənin mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT- in Minsk qrupu məşğul olur. Lakin bu münaqişənin həllində tərəflərin qəti mövqeyi olmadan müsbət nəticə əldə etmək mümkün olmayacaq.

Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir. Azərbaycan bu münaqişənin, eləcə də, digər problemlərin sülh yolu ilə həllində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü tarixçi alimi, politoloq Quram Marxuliya “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda deyib.

Marxuliya deyib: “Düşünürəm ki, Ermənistan dövləti də, belə bir cəsarətli addımı atacaq və bu addım münaqişənin həllində həlledici qərarın qəbul olunmasında mühüm rol oynayacaq”.

Professor bildirib ki, tarixdə, istənilən münaqişə sonda sülh yolu ilə həllini tapıb. İnanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə öz həllini tapacaq. Ermənistan rəhbərliyi də mövqeyində dəyişiklik etsə, sülhə nail olunacaq.

O, bu məsələdə vətəndaş cəmiyyətinin rolunu yüksək qiymətləndirib.

Xətayi Əzizov, AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi