Quş qripi xəstəliyi ilə əlaqədar maarifləndirici tədbirləri keçirildi

AVCİYA prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir
Lənkəran Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib
AVCİYA növbəti tədbirləri Qarabağ regionunda keçirdi

18-20 aprel 2006-cı il tarixlərdə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə Xaçmaz şəhərində quş qripi xəstəliyi ilə əlaqədar maarifləndirici tədbirləri həyata keçirmişdir.

Tədbirlər çərçivəsində Xaçmaz şəhərinin məktəbləri və müəllimləri arasında quş qripi haqqında nəyi bilməli və nə etməli devizi altında monitorinq, o cümlədən şagird və müəllimlər arasında quş qripi ilə mübarizə yolları barədə diskussiya xarakterli görüşlər keçirilmişdir. Xaçmaz şəhərində quş qripi ilə əlaqədar yaranmış komissiyanın üzvləri, əlaqədar yerli təşkilatların Siyəzən və Dəvəçi rayonlarının mütəxəssisləri QHT və KİV nümayəndələrinin iştirakı ilə 19 aprel 2006-cı ildə geniş miqyaslı dəyirmi masa keçirilmişdir.