SƏFƏROV Cəlil Əziz oğlu

QULİYEV Nazim Qabil oğlu
ZÜLFİQAROV Elxan Qaçay oğlu
HƏSƏNOV Eldar İsfəndiyar oğlu
(28.1.1962, Gürcüstan Resp.-nın Marneuli r.-nunun Lejbəddin k. – 15.5.1992, Şuşa r.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşdür. 1969-cu ildə Sumqayıt şəhər 10 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1977-ci ildə səkkizinci sinfi bitirərək, C. Naxçıvanski adına Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vurmuş və həmin il Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olmuşdur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. 1984-cü ildə leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk və Balxaş şəhərlərində yerləşən hərbi hissələrdə çalışmağa başlamışdır. O, 8 il burada işlədikdən sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir. C.Səfərov bir müddətdən sonra zabitlər qrupu ilə birlikdə Dağlıq Qarabağa ezam olunmuşdur. Ezamiyyət müddəti bitdikdən sonra o, döyüş bölgəsində qalmış və hərbi hissədə xidmət etməyi daha üstün tutmuşdur. O, Şuşa döyüş bölgəsində erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşür, düşmən texnikasına dəqiq və sarsıdıcı top zərbələri endirilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsi azad edilmiş, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsi təmin edilmişdi.

Təcrübəli zabit C.Səfərov 15 may 1992-ci ildə Şuşa rayonunun Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, onlarla erməni yaraqlısını məhv edərək, qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun admı daşıyır. Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 260