Saat 10.30-a olan məlumata görə, elektron səsvermədə 2700 nəfər iştirak edib

Dilarə Seyidzadə: Azərbaycanda qadınlara 100 il əvvəl seçki hüququnun verilməsi mühüm tarixi hadisədir
SAMF media saytlarının monitorinqini aparıb
Əli Həsənov: “Milli maraqlara təhlükə yarandıqda hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalıdır”

“Parlament -2010” seçki monitorinqi koalisiyası seçki müşahidələrinə başlayıb. Koalisiyadan APA-ya verilən məlumata görə, “Parlament -2010” seçki monitorinqi koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib.
Aparılan ilkin müşahidənin nəticələrinə əsasən, seçki saat 8-də başlayıb, seçki qutuları qanunauyğun şəkildə möhürlənib və müşahidəçilər bülletenlərin sayılmasında iştirak ediblər.
Koalisiyasından o da bildirilib ki, saat 10.30-a olan məlumata görə, elektron səsvermədə 2700 nəfər iştirak edib. /APA/