Saat 15.00 – a seçicilərin Azərbaycan prezidenti seçkisində fəallığı 53,4 fazə təşkil edir – exit-poll

AVCİYA Bakıda seçkilərlə bağlı treninq keçirdi
“Kimsəsiz Yeniyetmələr üçün Sosial İnteqrasiya İmkanları Yaradaq”
23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı BƏYANAT

Yerli AVCİYA Qeyri – Hökumət Təşkilatı və ELS Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi exit – pollun məlumatlarına görə, Bakı vaxtı ilə saat 15.00 – a Azərbaycan prezidenti seçkilərində seçicilərin fəallığı 53,4 faiz təşkil edib, – Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndəsi Vüqar Tofiqli bildirib.

Bu gün Azərbaycan prezidenti seçkisi keçirilir.

Saat 13.00 – a olan məlumatlara əsasən, bu göstərici 36,3 faiz təşkil edib.

Bu təşkilatlar ölkənin bütün seçki dairələrini əhatə edən 800 seçki məntəqəsində exit-poll aparırlar. Bakıda 227 seçki məntəqəsində exit-poll aparılır, – Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bir müddət əvvəl bildirib.

Prezident seçkisində yeddi namizəd – Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

/ Trend , müxbir E.İsmayılov/