Sabirin yaradıcılığına həsr olunan qiraət müsabiqəsinə start verilib

Aralıq Hesabat (Prezident seçkiləri-2008)
Ağ Ev AVCİYA-nın petisiyasını cavablandırdı: İşğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılsın
AVCİYA Seçki Qərargahını rəhbəri Jarl Hjalmarson Fondunun nümayəndəsi ilə görüşdü

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondu (SAMF)  Şamaxıda böyük satirik şair M.Ə.Sabirin yaradıcılığına həsr olunan iki mərhələli ikinci bədii qiraət müsabiqəsinə start verib. SAMF-dan “Azadinform”a verilən məlumata görə, müsabiqənin birinci mərhələsi rayonun bütün təhsil müəssisələrində, o cümlədən orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecində keçiriləcək.

Dünən müsabiqənin təşkilatçıları Şamaxı şəhərində olub, müsabiqənin təhsil və mədəniyyət ocaqlarında birinci mərhələsinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları ədəbiyyata həvəsləndirməkdir.
Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. Qaliblərə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcək.
Xatırladaq ki, ötən ilki müsabiqənin on qalibi olub. Onlardan ikisi birinci, üçü ikinci, beşi isə üçüncü yerə layiq görülüb.
Müsabiqəyə şairin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq.