Şamaxıda Əlillərin Regional Bərpa Mərkəzi yaradılacaq

Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşları qəbul edəcək
Azərbaycanda “evdeqal.az” portalı istifadəyə verilib
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Polis Günü münasibətilə paylaşım edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin respublika üzrə reabilitasiya infrastrukturu daima genişləndirilir, mövcud infrastruktur isə müasir standartlara uyğunlaşdırılaraq yenidən qurulur.

Nazirlikdən “Report”a bildirilib ki, bu məqsədlə cari ildə Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsi nəzərdə tutulub.

Yeni yaradılacaq reabilitasiya müəssisəsində Şamaxı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərin səmərəli bərpa müalicəsi alması üçün kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.

Report.az