Şamaxının millət vəkili 122 Qəhrəman ananı təbrik edib

Fransa Prezidenti Emmanuel Makronun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında keçirilmiş 11 aprel Prezident seçkiləri ilə əlaqədar BƏYANATI
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Çarhan, Məlikçobanı, Göylər, I Çaylı və Əngəxaran kəndlərində yaşayan 122 Qəhrəman anaya millət vəkili Elxan Süleymanovun adından bayram hədiyyələri və təbrik məktubları təqdim olunub.