Şamaxının millət vəkili 122 Qəhrəman ananı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 
Xocalı faciəsindən 30 il ötür…

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Çarhan, Məlikçobanı, Göylər, I Çaylı və Əngəxaran kəndlərində yaşayan 122 Qəhrəman anaya millət vəkili Elxan Süleymanovun adından bayram hədiyyələri və təbrik məktubları təqdim olunub.