SAMF mətbuat xidmətlərinin reytinq sorğusunu keçirir

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib
Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi kütləvi informasiya vasitələri ilə işini informasiyalı cəmiyyətlərin müasir standartlarına daha münasib şəkildə quran dövlət qurumları mətbuat xidmətlərinin mükafatlandırılması prosesini reallaşdırmaq üçün rəy sorğusuna start verib.
SAMF-dan verilən məlumata görə, sorğular daşıdığı vəzifəsindən asılı olmayaraq KİV-lərdə çalışan 500 media təmsilçisi arasında keçiriləcək. Sorğunun nəticəsindən asılı olaraq mükafatların sahibləri müəyyənləşəcək və fondun reallaşdıracağı təqdimetmə mərasimində onlara təqdim ediləcək.
Fonddan verilən məlumatlar da o da vurğulanır ki, bu mükafatlandırılma SAMF-ın ötən il noyabr ayının 25-də “KİV və mətbuat xidmətləri: Mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adi ilə başladığı layihələr çərçivəsində həyata keçirilir. Ənənəvi olaraq media mənsublarının deyil, mətbuat xidməti rəhbərlərinin mükafatlandırılmasından məqsədsə həm üzərinə düşən bu həssas və məsuliyyətli vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən xidmət rəhbərlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, həm də mətbuat xidməti institututları əməkdaşlarının öz işlərinə daha tələbkar yanaşmalarına, eləcə də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır.
SAMF kollektivi KİV təmsilçilərindən sorğuları cavablandırarkən obyektiv olmağı, mətbuat xidmətləri qurumları ilə bağlı real durumun aydınlaşdırılmasında fonda mümkün köməkliklərini əsirgəməmələrini xahiş edir.

SAMF