SAMF yeni layihəyə start verdi

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
Azərbaycanda Milli Qurtuluş Günüdür
N.M.Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsinə start verib. Layihənin əsas məqsədi respublika üzrə işğal altında olan rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsini yaratmaqla, əlaqəli məlumatların baza sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi, irsi obyektlərinin elektron kataloqunu hazırlamaqdır. Layihə çərçivəsində internet şəbəkəsində regional və dünya mədəniyyəti resurslarına Azərbaycanla bağlı izahlı istinadların siyahısını hazırlamaq nəzərdə tutulub. Bütün bunlarla əlaqədar olaraq, Fond tərəfindən hazırlıq işləri aparılır və işğal olunmuş ərazilərin tarix diyarşünaslıq muzeylərinin rəhbərləri, eləcədə əlaqəli olan şəxslərlə görüşlərin keçirilirməsi planlaşdırılıb.
SAMF
05/10/2010