Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi

“Airbus” şirkəti ilə “Azərkosmos” arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Minskdə İpək Yolu ölkələrində sərmayə imkanlarına dair forum işə başlayır
Arxangelsk vilayətində şimal şairlərinin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimatı olub

Polşa

Seçki komissiyaları 3 pilləli struktura malikdir:
4 Milli Seçki Komissiyası
4 Dairə Seçki Komissiyası
4 Məntəqə Seçki Komissiyası
Milli Seçki Komissiyasının səs vermək hüququ olan 9 üzvü var. Onlardan 3 – ü Konstitusiya Tribunalının sədri, 3 – ü Ali Məhkəmənin sədri, 3 – ü isə Ali İnzibati Məhkəmənin sədri tərəfindən təyin olunur. Bunlar müvafiq olaraq 3-ü Konstitusiya Tribunalının hakimi, 3- ü Ali Məhkəmənin hakimi, 3 – ü isə Ali İnzibati Məhkəmə hakimlərindən ibarət olmaqla təşkil edilir. Onlar öz aralarından bir sədr və iki sədr müavini seçirlər. Siyasi partiyalar, o cümlədən müxalifət partiyaları, azlıqlar və bu kimi digər birliklər Komissiyanın tərkibində və işində heç bir təsirə malik deyil. Mərkəzi Seçki Ofisi (MSO) – Milli Seçki Komissiyasının icra orqanıdır. Onun sədri MSK sədrinin tövsiyəsi əsasında Seym sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. MSO – nın vəzifəsi seçki və referendumlara hazırlıq və onların keçirilməsi ilə əlaqədar təşkilati, maliyyə və texniki məsələləri həll etməkdir.
Dairə Seçki Komissiyaları – 7 – 11 nəfər hakimdən ibarət olur. Onlar seçkiyə 52 gün qalmış Ədliyyə Naziri tərəfindən Milli Seçki Komissiyası ilə razılaşdırılaraq təyin olunurlar.
Məntəqə Seçki Komissiyaları –seçki gününə ən azı 21 gün qalmış seçki komitələri tərəfindən 6 üzvü, icmanın başçısı (mer) tərəfindənsə bir üzvü təyin olunur.

Türkiyə

Seçki komissiyaları 4 pilləli struktura malikdir:
4 Yüksək Seçim Kurulu
4 Rayon Seçki Şuraları
4 Ərazi Seçki Şuraları
4 Məntəqə Seçki Komitələri
Yüksək Seçim Kurulu – təcrübəli hakimlərdən təşkil olunur. Onun səsvermə hüququ olan 7 üzvü və 4 yardımçi üzvü olur. 6 üzvünü Kassasiya Məhkəmələrinin Plenumu, 5 üzvünü isə Dövlət Şurası öz üzvləri arasından seçir. Qurumun Sədr və müavinləri Yüksək Seçim Kurulunun üzvləri arasından seçilir. Üzvlərin səlahiyyət müddəti 6 ildir. Yüksək Seçim Kurulunun Sədri ölkənin ən rütbəli hakimidir.
Rayon Seçki Şuralarına – rayondakı ən rütbəli hakimlər arasından 3 nəfər 2 il müddətinə təyin olunur. Siyasi partiyalar da Şuraya səsvermə hüququ olmayan üzvlər təyin edə bilərlər.
Ərazi Seçki Şuraları – Sədrdən, 6 daimi, 6 yardımçı üzvdən ibarət olur. Üzvlərdən ikisini Şura sədri mülki qulluqçular arasından təyin edir. Əvvəlki seçkidə ən çox səs toplamış 4 siyasi partiyanın hər biri, yeni seçkidə iştirak etdikləri təqdirdə bir üzv və bir yardımçı üzv təyin edə bilərlər.
Məntəqə Seçki Komitələrinin üzvləri – Rayon Seçki Şuraları tərəfindən təyin olunur. Komitə sədrdən, 6 əsas və yardımçı üzvlərdən ibarət olur. Əvvəlki parlament seçklərində ən çox səs toplamış 5 siyasi partiyanın bir əsas və bir yardımçı üzv təyin etmək hüququ var. Digər üzvlər isə məntəqənin yerləşdiyi ərazinin bələdiyyə üzvləri arasından püşkatma yolu ilə seçilir.

(Davamı var)