Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olmuşdur

Baş prokuror I və II Qarabağ müharibəsində şəhid olan prokurorluq işçilərinin ailələri ilə görüşüb
Sual-cavab
Gəlin seçiləcəyimiz təqdirdə seçicilərimiz qarşısında Konstitusiyaya and içək

Mayın 21-də Şamaxının Şahxəndan qəbiristanlığında görkəmli şair və mütəfəkkir Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olmuşdur. Mərasimi giriş sözü ilə qəbirüstü abidənin yenidənqurulmasının təşəbbüsçüsü və dəstəkçisi, Şamaxının millət vəkili Elxan Süleymanov açmışdır. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulamışdır. Azərbaycan MEA-nın akademiki Bəkir Nəbiyev abidənin üzərindəki örtüyü götürmüşdür. Sonra, akademik Bəkir Nəbiyev, millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Xanhüseyn Kazımlı, bədii qiraət ustası Ağalar Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Səfa çıxış edərək, S.Ə.Şirvanin Azərbaycan ədəbiyyatındakı rolundan bəhs etmiş, iştirakçısı olduqları hadisənin müstəsna əhəmiyyətini vurğulamışlar.