“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub

Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcəkmi?
Berlində Xocalı soyqırımı anılıb
Sual-cavab

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı (AKTAM) “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. Hazırlanmış qanunun məqsədləri təhsil kreditlərinə, ali ixtisas təhsilinin maliyyələşdirilməsinin effektiv iqtisadi mexanizmlərinə, keyfiyyətli təhsilin alınmasına dair eyni imkanların və təminatın artırılmasına dövlət yardımı sisteminin yaradılmasıdır.

Qanun 4 fəsildən, 22 maddədən ibarətdir. Fəsillər ümumi müddəalara, təhsil kredit müqaviləsinə, təhsil kreditlərinə dövlət dəstəyinə və təhsilin kreditləşdirilməsinə dövlət yardımı üzrə xərclərin maliyyələşdirilməsinə həsr olunmuşdur.

“Ümumi müddəalar” adlanan 1-ci fəslin maddələrində hazırlanmış qanun layihəsinin məqsədləri və tənzimləmə obyekti, əsas anlayışlar verilmişdir.

“Təhsil kredit müqaviləsi” adlanan 2-ci fəsildə təhsil kredit müqaviləsinin forması, təhsil kreditinin məbləği, təhsil krediti müqaviləsinin bağlanması qaydası, əsas və əlaqədar təhsil kreditlərinin təqdim etmə qaydası, təhsil krediti məbləğinin qaytarılması, təhsil krediti müqaviləsi üzrə faizlər, borc alan tərəfindən təhsil krediti müqaviləsi şərtlərinin pozulmasının nəticələri, təhsil krediti müqaviləsinin ləğv edilməsi, və təhsil kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində borc alanın başqa ali təhsil müəssisəsinə keçirilməsi və ali təhsil müəssisəsindən çıxarılmasının nəticələri maddələri öz əksini tapmışdır.

“Təhsil kreditlərinə dövlət dəstəyi” adlanan 3-cü fəsildə səlahiyyətli orqanın öhdəlikləri, təhsil kredit müqavilələri üzrə dövlət yardımının verilməsi və verilməsindən imtina şərtləri, təhsil kredit müqaviləsi üzrə dövlət yardımı almış agent bankın öhdəlikləri, səlahiyyətli orqan tərəfindən təhsil kredit müqavilələri üzrə kompensasiya faizləri ödənişlərinin həyata keçirilməsi qaydaları, səlahiyyətli orqanın təhsil kredit müqavilələri üzrə borc alanların öhdəliklərinə dair subsidiar məsuliyyəti maddələri verilmişdir.

“Təhsil kreditləşdirilməsinə dövlət yardımı üzrə xərclərin maliyyələşdirilməsi” adlanan 4-cü fəsildə təhsilin kreditləşdirilməsinə dövlət yardımı üzrə xərclərin maliyyələşdirilməsi, səlahiyyətli orqanın ixtiyarında kifayət qədər vəsait olmadıqda xərclərin maliyyələşdirilməsi qaydaları, təhsil kreditinə dövlət yardımı üçün ayrılmış vəsaitlərin xərclənməsinə nəzarət maddələri göstərilmişdir.