Tərtərdə keçirilən aksiyada 5 mindən çox ağac və gül kolları əkilib

Tərtər rayonunda keçirilən aksiyada 5 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan aksiyada rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər. Aksiya zamanı Tərtər-Şıxarx avtomobil yolunun kənarında, 1170 məcburi köçkün ailəsi üçün yeni inşa edilmiş qəsəbənin ətrafında təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.