Türk – İslam birliyi alın yazımızdır – türkiyəli mütəfəkkir

Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır
Gürcüstan Prezidenti ilə müxalifətin danışıqları nəticəsiz qalacaq – ekspertlər
Rusiya Azərbaycana ərazi münaqişəsinin nizamlanması üzrə Gürcüstandakından fərqli bir yol təklif edir

Yaxın Şərq redaksiyasının türkiyəli mütəfəkkir Adnan Oktar (Harun Yəhya) ilə müsahibəsi

– Irəli sürdüyünüz Türk – İslam birliyi ideyasının əsas məqsədi nədir və bu gün bu birliyi zəruri edən şərtlər hansılardır?

– Türk- İslam birliyi qəlbdə meydana gələn bir bilikdir, eşqdir, məhəbbətdir. Mənim atam, anam, qardaşım bir-birlərindən ayrılıb hərəsi bir tərəfə getsə, bizim düşüncəmizdə bir gün birləşəcəyimiz fikri yaranar. Başımıza nə gəlirsə – gəlsin, biz bir gün birləşəcəyimizi bilirik. Türk – İslam birliyi budur. Hansı ailə bir-birindən ayrı qalmağı, ayrı yaşamağı istəyər? Belə bir şey mümkündürmü? Ailə üzvləri arasında sərhədlər və divarlar çəkilsə də, bir gün bu ailə birləşəcək. Bu, türk – İslam ölkələrinin öz ruhunda, mənəvi aləmində qəbul etdiyi bir qərardır. Bu birləşmənin bu gün reallaşmaması bəzi kiçik texniki problemlərin həll olunması ilə bağlıdır. Məsələn, Azərbaycanla Türkiyənin birləşməsi, sadəcə, gediş – gəlişdə xarici pasportun ləğv edilməsi ilə həll oluna bilər. Başqa heç bir addıma ehtiyac yoxdur, çünkü biz qəlbimizlə onsuz da birik. Lakin əlaqələrin gücləndirilməsi lazımdır. Biz muasirik, ziyalıyıq, tərəqqipərvərik, sevgi doluyuq. Allah aşiqiyik, Qurana sadiqik, geriliyə qarşıyıq, dünyəvilik tərədarıyıq və biz məntiqli olan şeyləri qəbul edirik. Biz radikallıq tərəfdarı deyilik. Biz bir ailəyik və birlikdə olmaq istəyirik. Burda ifrat nəsə varmı? 

– Bir az konkretləşdirsək, bu birlik hansı yollarla reallaşdırıla bilər?

– İnsanlarda sevgi olanda, qeyri – adi bir dinamizm yaranır və bu, səy göstərməklə mümkündür. Səy göstərməsən, heç nə etmək mümkün deyil. Səy göstərən adam fabrik açır, yol salır və bundan zövq alır. Insanları xoşbəxt etməkdən doymur. Məsələn, azəri qardaşlarımızın zəngin olmaları bizim üçün bir bayram sevincidir. Azərilərin Türkiyəyə asanlıqla gəlməsini görmək bizim üçün böyük sevinc yaradar. Mənim istədiyim əsas şey Azərbaycanla Türkiyə arasında birbaşa dəhlizdir. Ermənilərlə də razılaşıb, Azərbaycanla Türkiyə arasında birbaşa dəhliz açılmasına nail olmaq lazımdır.

– Bəs bu birliyin siyasi, iqtisadi, mədəni tərəfləri hansılardır?

– Sözssüz ki, bu birlik içində hər ölkə müstəqilliyini qoruyub saxlamalıdır. Bu, idarəetmə baxımından da lazımlıdır; hər bir ölkəni ən yaxşı tanıyan həmin ölkənin öz vətəndaşlarıdır. Kənardan başqası gəlib oranı idarə edə bilməz. Türkiyə ilə munasibətlərdə ındiki Azərbaycan hökuməti çox səmimidir və prezident İlham Əliyevin Türkiyə sevgisi çox böyükdür. Eyni zamanda, Türkiyənin Baş naziri cənab Ərdoğanın da Azərbaycana sevgisi çox güclüdür. Bu günə qədər bu iki ölkədə “bu birlik mümkün deyil və mən buna qarşıyam” deyən heç kimlə qarşılaşmadım. Bu o deməkdir ki, bu birlik artıq reallaşır.

– Türk – İslam birlyi ideyası həyata keçərsə, bu gün Türk-İslam ölkələrinin reallaşdıra bilmədikləri hansı məsələlər həyata keçəcək?

– Aramızda bu birlik olmadığı üçün, təbii ehtiyatlardan lazımınca istifadə edilə bilmirik. Avropa, Amerika, Çin və Rusiya ilə əməkdaşlıq quraraq, bu təbii sərvətlərdən istifadə edərik.

Birliyin yaranması neft ehtiyatlarından lazımı qaydada istifadə etməyimizə imkan yaradar və maddi imkanlarımız daha da artar. Türk dünyasının bütün ölkələrlə əlaqələrini genişləndirmək lazımdır.

Biz digər ölkələrlə də dostluq əlaəqəsi qurmağa çalışmalıyıq. Məsələn, Rusiya zəngin mədəni irsə malik bir dövlətdir. Türk birliyinin yaranması Rusiyanı daha da gücləndirə bilər. Türk dövlətlərinin Rusiyaya , onların da bizə ehtiyacı var. Ona görə də Rusiya ilə əlaqələrimiz qarşılıqlı olaraq zənginləşməmizə səbəb olar. Və yaxud Çini götürək. Çinlilərin geri qalmasını deyil , bu dövlətin daha da inkişaf etməsini istəyirik.

Lakin Çində bu gün həyat şərtlərinin yaxşı olduğunu demək mümkün deyil. Onlar da türk ölkələri ilə bütün sahələrdə, o cümlədən, iqtisadi və ticarət sahəsində əməkdaşlıq etsinlər və onların vəziyyəti yaxşılaşsın.

Eyni zamanda, Amerika və Avropa ölkələri ilə də münasibətlərimizin yaxşı olması vacibdir.

Çünkü bu dünyanın hamısı bizimdir. Müsəlmanlar dünyanın ən ədalətli insanlarıdırlar. Türklər də dünyanın ən yaxşı əxlaqlı insanlarıdırlar.

Bəzi qüvvələr xalqlar arasında suni maneələr yaratmağa çalışır. Türkiyənin cənub – şərqində türk-kürd qarşıdurmasını yaratmaq istəyirlər. PKK məsələsi Türkiyənin cənub – şərqində yaşayan insanlara qarşı törədilən ən böyük cinayətdir.

Bəzi qüvvələr Türkiyənin cənub-şərqində kiçik bir dövlət yaratmağa çalışırlar.

Belə bir dövlət kiçik dağlıq bir ərazidə yerləşdiyindən, iqtisadi cəhətdən çox zəif olar və inkişaf edə bilməz. Bu gün oradakı kürd qardaşlarımız olduqca azaddırlar və Türkiyənin istənilən yerinə gedib – gələ və ticarət əlaqələri qura bilirlər. Bizim kürd əsilli prezidentimiz və silahlı qüvvələrin kürd əsilli qərargah rəisi olub, kürd əsilli nazirlərimiz var. Heç kim də buna etiraz etməyi aglına gətirmir. Biz, milliyətindən asılı olmayaraq, bütün vətənfdaşlarımıza eyni gözlə baxırıq. Bu münaqişə və fitnələr müvəqqəti şeylərdir. Türk dünyası olaraq bizim mütləq genişlənməyə ehtiyacımız var. Idealımız və amalımız çox böyük olmalıdır. Türk-İslam birliyi bizim alın yazımızdır və biz bunu görəcəyik.

– Regional və qlobal şərtlər Türk- İslam birliyinin yaranmasına imkan verirmi ?

– Hər şeydən əvvəl, Avropaya, Amerikaya, Rusiyaya və Çinə ciddi təminat vermək lazımdır. Əvvəllər türk-İslam birliyi deyəndə, başqa ölkələrə qarşı olan bir birlik başa düşülürdü. Turk-İslam birliyi düşüncəsi ancaq öz mənafeyini fikirləşən irqçi bir düşüncə kimi qəbul edilirdi.

Əslində, bizim məqsədimiz bu deyil və biz Allahın yaratdığı bütün varlıqları və insanları bərabər görürük. Lakin Allah bizi ümmət və millətlər şəklində yaratmışdır. Dünyada fərqli millətlər var və bu fərqliliklər bir zənginlikdir. Allah bizə millətlərin parçalanaraq bir-biriləri ilə mübarizəsini deyil , bir- birimizi sevməyi və tanımağı əmr edir.

Qlobal gücə sahib dövlətlərə təminat verildikdən sonra, bu dövlətlər də Türk – İslam birliyini yaranmasının əleyhinə olmazlar. Yəni bu birliyin məqsədi tam şəkildə izah edilsə, o dövlətlər də bu birliyi istəyərlər, hətta bu birliyin yaranmasına özləri də kömək göstərərlər. Çünkü bu birlik terrorun qarşısını alan və o ölkələri zənginləşdirən, iqtisadiyyatlarını gücləndirən bir sistemdir.

– Bu birlik ideyasının reallaşması üçün konkret gördüyünüz işlərdən danışa bilərsinizmi?

– Biz daha çox mətbuat vasitəsilə bu birliyin yaranmasına kömək göstəririk. Mətbuatda bu fikirlərlə çıxış edirik və son dövrlərdə bunun nəticəsi olaraq, turk-İslam birliyi ideyasını dəstəkləyən ictimai rəy formalaşıb.

Hər şeydən əvvəl, xalqı bu ideyaya inandırmaq lazımdır və demək olar ki, artıq xalq bu birlik ideyasına inanır. Inanmaq və istəmək məsələnin 99-% həll olunması deməkdir. Bundan sonra hökumətlərin qəbul edəcəyi bir qərarla məsələ tamamilə həll edilə bilər. Lakin ABŞ və Rusiyanı inandırmaq və bu birliyin onların lehinə olduğunu çox ciddi şəkildə onlara başa salınmalıdır. Bu günə qədər bu istiqamətdə böyük irəliləyişlər olub. Neft və qaz kəmərləri, dəmiryolu layihələri və turk- İslam ölkələrinin toplantıları keçirildi. Bu istiqamətdə ardıcıl şəkildə ciddi addımlar atılmağa başlandı.

Türk – İslam birliyinin yaradılmasında azərbaycanlı qardaşlarımızın da dəstəyinə ehtiyacımız var. Çox istərdik ki, onlar da bu birliyin reallaşmasında fəal olsunlar. Bu birliyin reallaşmasına tələsmək lazımdır.

Çox istərdik ki, Azərbaycanda da bu mövzuda toplantılar keçirilsin, mətbuatda bu ideya gündəmə gətirilsin, bu haqda Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edilsin.

Bu birlik ideyasının reallaşması üçün ilkin mərhələdə gediş – gəlişdə xarici pasport məcburiyyətinin ləğv edilməsi çox vacibdir.

Bir müsəlman olaraq, bu məsələdə Allahın köməyinə böyük ümid bəsləməliyik. Darvinizm nəzəriyyəsi bizi öz tarixi və milli – mənəvi dəyərlərimizdən uzaqlaşdırdı. Tarixi kökümüzə zərbə vuran darvinizmə qarşı biz də mübarizə aparmalıyıq.

Darvinizmə qarşı mübarizə Türkiyədə və Avropada uğurla başa çatdı, digər türk ölkələrində də bu mübarizəni uğurla başa çatdırmaq lazımdır. Savadlı və mədəni milləti heç kim məğlub edə bilməz və belə millət və ölkə mütləq müvəffəqiyyət qazanar. /Trend/