Ukrayna MSK-sı protokolların 80,78 faizini hesablayıb

Azərbaycan neftinin qiyməti artıb
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub
Türkiyədə Azərbaycanın xarici işlər nazirinin də iştirakı ilə 5-ci üçtərəfli görüşü keçiriləcək

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 80,78 faizini hesablayıb.

AZƏRTAC xəbər verir ki, nəticələrə görə, Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir. Belə ki, seçicilərin 73,09 faizi Zelenskiyə, 24,57 faizi isə Poroşenkoya səs verib.

Prezident seçkilərində 11 milyon seçici səsvərməyə gəlməyib. Bu da seçkilərin birinci turundan bir milyon seçici çoxdur. İkinci turda ümumilikdə seçicilərin 62,07 faizə yaxını səsvermədə iştirak edib.

MSK mayın 1-nə kimi Ukraynanın altıncı prezidentini rəsmən elan edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev