VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb

Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
Ermənistan ordusu bölmələrinin Ağdam rayonu ərazisində qəbiristanlığı atəşə tutması nəticəsində mülki şəxs xəsarət alıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.

”Report” xəbər verir ki, tədbirdə Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan ÖzoralOmbudsman Elmira Süleymanova və başqaları iştirak ediblər.

Ə.Qarayev deyib ki, Azərbaycan xalqının tarixində kitab önəmli yer tutur: “Ədiblərimizin yazdığı əsərlər əsrlərlə yaşayıb, onların üzərindən yeni əsər, filmlər yaranıb. Biz çalışmalıyıq ki, gənclərimizə kitabı sevdirək. Azərbaycanda onlarla nüfuzlu nəşriyyatlar fəaliyyət göstərir. Ölkəmiz bu il Moskvada keçirilən Kitab yarmarkasında Qran-pri qazanıb. Azərbaycan kitabı artıq 6-cı dəfə öz qapılarını xarici qonaqlara açıb. Bu sərgidə Azərbaycandan 80, 22 xarici ölkədən isə 40 nəşriyyat iştirak edir. Bu kitab sərgisi Nəsiminin 650 illiyinə həsr edilib. Azərbaycan mədəniyyəti durmadan inkişaf edir. Bu inkişafı fəxrlə gələcəkdə də davam etdirəcəyik”.

Ə.Əhmədov isə bildirib ki, sərgi kitabın təbliğatı üçün keçirilən əzəmətli tədbirdir: ”Bu gün Azərbaycan böyük intelektual sərvəti olan cəmiyyətdir. İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Bu sərginin Azərbaycanda 6-cı dəfə keçirilməsi ölkəmizin kitaba verdiyi dəyərdir. Sonda hamınızı təbrik edirəm və övladlarınızda kitab sevgisini artırmaq üçün səylərinizi gücləndirməyə dəvət edirəm”.

Daha sonra tədbir iştiralçıları yarmarkada sərgilənən kitablara baxış keçiriblər.

Report.az