VII Qlobal Bakı Forumu işə başlayır

Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
Operativ Qərargah: Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb
Operativ Qərargah: Ölkə üzrə xüsusi karantin rejiminin iyulun 1-dək uzadılmasına qərar verilib

Bu gün VII Qlobal Bakı Forumu öz işinə başlayır.

Trend-in məlumatına görə, martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Tədbir çərçivəsində “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycan artıq 7-ci ildir foruma ev sahibliyi edir.