Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilir

Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını sərt şəkildə pisləyib
Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşür.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir.