“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçılarının sayı 200-ə yaxınlaşıb

AVCİYA Şirvan və Sabirabadda seminarlara start verdi
Ceyhun Bayramov: “Səmərəli və etibarlı tranzit marşrutlarının inkişafı dəhliz ölkələrinin geniş əməkdaşlığını tələb edir”
Almaniyanın məşhur “Nitro” jurnalı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərdən yazır

Azərbaycanda tətbiq olunan “Yaşıl dəhliz” buraxılış sisteminə üzrə bu günə qədər 241müraciət daxil olub.

“Report”un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Dövlət – Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komussiyanın yeni internet Portalının təqdimatı”nda məlumat verib.

Onun sözlərinə görə, bunun 101-i ixrac, 140-ı isə idxal əməliyyatlarına aiddir.

Bundan başqa, sədr müavini deyib ki, yeni sistemin iş düşdüyü 2 ay ərzində ondan daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət edənlərin sayı 307 nəfər olub. Bunlardan isə 193 xarici ticarət iştirakçısına istifadə hüququ verilib.