Yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” tələbi ilə Brüsselə gəlməkdədi

Elxan Süleymanov: “Azərbaycan ərazilərinin işğalı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması fəaliyyətimin başlıca istiqaməti olub”
Bir qrup xarici jurnalist Tərtər rayonuna səfər edib
Almaniyanın məşhur “Nitro” jurnalı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərdən yazır

Bu gün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Lüksemburq meydanında Ümumavropa Qarabağ mitinqi keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mitinq yerli vaxtla saat 14:00-da başlayacaq. Xaricdə yaşayan yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq”, “Biz Qarabağa qayıtmaq istəyirik” tələbləri ilə Lüksemburq meydanına gəlməkdədir.

Mitinq Bakı vaxtı ilə saat 17:00-19:00-da olacaq. Bu saatda hər kəs mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/pg/AzDiaspora/videos/?ref=page_internal) canlı olaraq izləyə bilər.

Mitinqlə bağlı xəbər və videoların sosial şəbəkə üzərindən daha çox paylaşılması xahiş olunur. Bu, həm Avropanın ikili standartlarına bir münasibət, həm düşmənə bir cavab, həm də xaricdə yaşayan soydaşlarımızın daha çevik fəaliyyəti üçün bir stimuldur.