“Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

 “Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub  Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən icra olunan “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmışdır.  Kitabın layihə rəhbəri və nəşrə hazırlayan  “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi redaktoru ADPU-nin prorektoru, filologiya üzrə elmlər doktoru, prof. Mahirə Hüseynova, elmi məsləhətçisi əməkdar elm xadimi, prof. Məhərrəm Qasımlı, rəyçi isə filologiya üzrə fəlsəfə doktoru, dos. Razim Məmmədlidir.  Kitabda XVII əsrdən üzübəri yaşayıb-yaratmış ustad aşıqların Qərbi Azərbaycanı tərənnüm edən şeirləri yer alıb. Bu zaman daha çox əslən Qərbi Azərbaycandan olan aşıqlarla yanaşı, digər aşıq mühitlərini təmsil edən ustad sənətkarların və eləcə də günümüzdə fəaliyyət göstərən aşıqların yaradıclıq nümunələrinə də yer ayrılıb.  

tehsil.biz