Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib

“Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun”
Erməni silahlı bölmələri apreldə atəşkəsi 2 842 dəfə pozub
Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verildi.

Qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi.

President.az