Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vuraraq öz rekordunu yeniləyib

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilib
Azərbaycanda qrip əleyhinə peyvəndləmə aprel ayınadək davam edəcək
Respublika Günü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.

Bununla da Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.

Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

AZƏRTAC