Azərbaycan və Türkiyə vətəndaşları üçün birgə iş axtarışı platforması yaradılır

XİN: Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə yardım edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib

Azərbaycan və Türkiyə vətəndaşları üçün birgə iş axtarışı platforması yaradılır.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə İş Qurumunun ( İŞKUR) baş direktorunun müavini İbrahim Oğuzhan Yıldırım məlumat verib.

“Hazırda həmin platforma üzərində çalışırıq. Birgə iş axtarışı platforması vasitəsilə Azərbaycanda iş axtaran şəxs Türkiyədəki özəl sektora vakant iş üçün müraciət edə biləcək. Həmçinin Türkiyə vətəndaşları da Azərbaycandakı özəl sektorda işəgötürənə eyni şəkildə müraciət etmək imkanına malik olacaq”, – deyə direktor müavini qeyd edib.

O bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dövlət Məşğulluq Agentliyi ilə birgə müzakirələr aparılır. İ.Yıldırım birgə iş platformasının 2026-cı ildə istifadəyə verilməsinin planlaşdırıldığını söyləyib.

“Türkiyə İş Qurumunun əməkdaşları demək olar ki, hər ay Azərbaycan Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə birgə görüşlər keçirir. Biz qarşılıqlı olaraq həyata keçirdiyimiz layihələri birlikdə izləyirik və bir-birimizi məlumatlandırırıq. Digər istiqamətlərdə də müxtəlif layihələrlə bağlı ikitərəfli əməkdaşlığımız davam edir. Amma hazırda ən aktual və əsaslı şəkildə nəzərdən keçirdiyimiz dəyişiklik bu platformanın təsis edilməsi ilə bağlıdır. Məqsədimiz əsaslı şəkildə bu məsələyə mane olmayan bir razılaşma hazırlamaqdır. Türkiyə ilə Azərbaycanın işçi qüvvəsinə ehtiyacı, iki ölkə arasındakı ixtisas fərqlilikləri və ya işçi qüvvəsi çatışmazlığı mövzuları müzakirə ediləcək məsələlərdən biridir”.

AZƏRTAC