Bakı metrosunun yeni keçid stansiyası inşa ediləcək

Bu gündən TANAP-la Türkiyəyə ilk kommersiya qazının göndərilməsi başlayıb
COP29: “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” elan olunub 
Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr və müavinlər seçilib

“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan “Qırmızı xətt”ə keçid mümkün olacaq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan “Sahil” stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.

Metro rəsmisi xatırladıb ki, B-04 stansiyası “Bənövşəti xətt”in “8 Noyabr”dan sonrakı stansiyası olacaq.

“Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, B-04 stansiyasından sonrakı B-05 stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.

“Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl xətt” üzrə davam etdirəcək”, – deyə B.Məmmədov əlavə edib.

Bakı MetropoliteniBəxtiyar Məmmədovyeni stansiya

Report