Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə edəcək

Xocavənd rayonunun işğalından 27 il ötür
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi
Heykəltəraş Elmira Hüseynovanın xatirəsi anılıb

Yaxın vaxtlarda Ermənistan və Türkiyə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı iclası keçiriləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib.

“Tezliklə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə başlamasına həsr olunmuş iclası keçiriləcək”, – o qeyd edib.

R.Rubinyanın sözlərinə görə, görüşün keçiriləcəyi yerlə bağlı daha sonra ətraflı məlumat veriləcək.

Vitse-spiker həmçinin sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Report