III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət voleybol millisi bürünc medal qazanıb

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfərə gəlib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
Ceyhun Bayramov  Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda oyunda Özbəkistan seçməsi ilə qarşılaşıb.

Gəncə İdman Sarayında təşkil olunan görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da milli komandamız Oyunların bürünc medalını qazanıb.

Özbəkistan seçməsi isə yarışı dördüncü pillədə başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

AZƏRTAC