III MDB Oyunlarının çövkən yarışlarında bürünc medalın sahibi müəyyənləşib

“Azərkosmos”un peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunub
Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilib
Ölkəmizin mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilir

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında bürünc medal uğrunda qarşılaşma keçirilib. Şəki şəhər stadionunda reallaşan matçda Qırğızıstan və Qazaxıstan komandaları qarşılaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oyunun start fitindən əvvəl Qırğızıstan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Maraqlı keçən matçda Qırğızıstan komandası 2-0 hesabı ilə qalib gələrək Oyunların bürünc medalına sahib çıxıb. Qazaxıstan komandası isə çövkən yarışlarını dördüncü pillədə başa vurub.

III MDB Oyunlarında çövkən üzrə yarışın finalında isə Azərbaycan və Özbəkistan komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma oktyabrın 7-də keçiriləcək.

AZƏRTAC