İşğaldan azad olunmuş ərazilərdə yaşıl və dayanıqlı bərpa üçün yeni tədqiqat layihəsi təqdim edilib

Bolqarıstandan olan müşahidə missiyasının prezidentliyə namizədlərlə görüşü keçirilib
Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
Samir Şərifov: “Qarabağda soydaşlarımıza vurulan ziyanın qiymətləndirilməsi aparılır”

ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfrans çərçivəsində “Yaşıl və dayanıqlı bərpa: Azərbaycan təcrübəsi” adlı tədqiqat layihəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, 2025-ci ilin sentyabr ayından başlanılan tədqiqat layihəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən hazırlanıb.

Layihə Ağdam, Füzuli, Şuşa və Zəngilan rayonlarında keçmiş məcburi köçkünlərlə aparılan sorğular əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətləri üzrə tövsiyələri və innovativ yanaşmaları əhatə edir.

AZƏRTAC