Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Sabit Rəhman – 115” adlı kitab sərgisi açılıb

Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatı
ATƏT cəbhə xəttində monitorinq keçirib

Milli Kitabxanada XX əsr Azərbaycan komedioqrafiyasının və kinodramaturgiyasının görkəmli nümayəndəsi Sabit Rəhmanın anadan olmasının 115 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Sabit Rəhman – 115” adlı ənənəvi kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının əsərləri, tərcümələri, redaktoru olduğu kitablar, həyatı, yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan yazıçısı, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi Sabit Rəhman 1910-cu il martın 6-da Şəkidə (Nuxa) anadan olub. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb. “Toy” (1938), “Aşnalar” (1945), “Aydınlıq” (1949), “Nişanlı qız” (1953), “Əliqulu evlənir” (1961), “Yalan” (1965), “Dirilər” (1970) və s. əsərləri ilə Azərbaycan komediya poetikasına zənginlik gətirib. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir. Onun ədəbi-bədii irsi içərisində əllidən çox hekayə, “Son faciə”, “Arzular” povestləri, “Nina” (1947), “Böyük günlər” (1952) romanları, bir neçə pyes, məqalə, tərcümə, libretto və oçerklər təşkil edir.

AZƏRTAC