Xocalıya növbəti köç karvanı yola düşüb

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi
Birinci vitse-prezident Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib
İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də sakinlərini qəbul etməyə hazırdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. İlk mərhələdə kəndə 27 ailə – 152 nəfər köçürülür.

Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

AZƏRTAC