ƏLİYEV Əsgər Ələkbər oğlu

CƏFƏROV Faiq Əliqulu oğlu
HƏSƏNOV Tahir Tofiq oğlu
BAĞIROV Allahverdi Teymur oğlu
(8.11.1974, Lənkəran r-nunun Ləj k. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982-ci ildə birinci sinfə getmiş, 1989-cu ildə səkkizinci sinfi əla qiymətlərlə bitirmişdir. O, 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirmişdir. 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olur. O, dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Əsgər Əliyev yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı. Təhsilini xarici ölkələrin birində davam etdirərək general olmaq arzusuyla yaşayırdı. Məlum mart hadisələri onun arzusunu ürəyində qoydu.
17 mart 1995-ci ildə bir qrup vəzifə hərisi silahlanaraq hakimiyyəti zorla devirmək üçün dövlət çevrilişinə əl atdı. İqtidar bu qarşıdurmanın sülh yolu ilə nizama salınması üçün danışıqlar aparmağı təklif etdi. Lakin qarşı tərəf  bu müdrik çağırışa məhəl qoymadı, nəticədə qan töküldü. Milli Ordunun əsgərləri silahlı dəstənin qarşısını almaq üçün əmr gözləyirdi. Əsgər Əliyev də onların arasında idi. O, son nəfəsinədək dövlətçiliyimizi müdafıə etdi. Ayağından yaralanmasına baxmayaraq, kursant Ə.Əliyev dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci güllə Əsgər Əliyevin cavan ömrünə son qoydu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Ləj kənd qəbristanlığında dəfn edilmişdir.
Lənkəran rayonunda adına park var. Büstü qoyulmuş, xatirə lövhəsi vurulmuşdur. Haftoni qəsəbə orta məktəbində “Xatirə guşəsi” yaradılmışdır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 83