ƏLİYEV Yusif Əliyusif oğlu

MƏMMƏDOV Xanoğlan Sadıq oğlu
FƏRƏCOV Ənvər Səyyad oğlu
ƏSƏDOV Rəfael Əvəz oğlu

(2.12.1969, Bakı ş.-nin Qobustan q. – 14.9.1991, Goranboy r-nunun Buzlaq k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirdikdən sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. 1990-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıdır.
Yusif kimi boylu-buxunlu, cəsarətli, qorxubilməz igidlərə hər yerdə ehtiyac var idi. Daxili İşlər İdarəsində daha çox…
1990-cı il avqustun 23-də o, DİN-nə müraciət edir. Onun arzusunu yerinə yetirirlər.
Polis əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edirdilər.
Y.Əliyevin əmrini post-patrul xidməti alayının 3-cü rotasına vermişdilər. Az müddət ərzində o, iş yoldaşlarını sevimlisinə çevrilmişdi.
1991-ci ilin fevralı… Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. Fevralın 24-də səhər sübhdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçmişdi. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamağa çalışmaqla yanaşı düşməni planlı şəkildə yaxına buraxır və müxtəlif səmtlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Y.Əliyev 14 nəfərdən ibarət bir qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan çaş-baş qalan ermənilər pərən-pərən düşdülər.
1991-ci il sentyabrın 14-ü… Düşmən Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstədən xəbər gəlir ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu, onun həyatı bahasına başa gəlir…
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Qobustan qəsəbsindəki 195 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 93-94