AQTİ “Təhlükəsiz qida” adlı müsabiqə elan edir

Azərbaycan nümayəndə heyəti Mahaçqalada görkəmli ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi tədbirində iştirak edib
M.Zaxarova: Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşması hələ seçkilər keçirilənədək aydın görünürdü
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Təhlükəsiz qida” adlı müsabiqə elan edib. Müsabiqəyə qida təhlükəsizliyi mövzusunda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.

Trend-in məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, qida təhlükəsizliyinin vacibliyini gündəmə gətirmək və qida təhlükəsizliyi ilə bağlı problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.

Müsabiqənin qaydalarına əsasən ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Təqdim edilən ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalı və Azərbaycan dilində olmalıdır. Bir müəllif müsabiqəyə bir neçə ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən edilən ssenarilər müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqənin münsiflər heyəti ən yaxşı 10 ssenarini seçəcək. İlk 3 yeri tutan ssenarilərin müəllifləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sosial videoçarx hazırlanacaq.

Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduğu ssenarini oktyabrın 1-dən noyabrın 1-dək “Təhlükəsiz qida” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müəlliflər ssenari ilə yanaşı, özləri haqda sərbəst mətndə məlumat da təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.

Trend.az