ATƏT sədri Azərbaycana səfər edəcək

Şamaxının millət vəkili balacaları və şəhid ailələrini yeni il münasibətilə təbrik edib
Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər edəcək.

Trend-in məlumatına görə, bunu M.Layçak Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: “Məhz bu məsələlərin müzakirəsi üçün martın birinci yarısında Bakıya və Yerevana səfər etməyə hazırlaşıram. Azərbaycandan və Ermənistandan dəvətim var”.

M.Layçak bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün mövcud çərçivələri dəstəkləyir: “Biz ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyirik. Mən onlarla mütəmadi görüşürəm”.

ATƏT sədrinin sözlərinə görə, Ermənistandakı seçkilərdən sonra yeni vəziyyət yaranıb:

“Gözləntilər bununla bağlıdır. İstərdim, mənim səfərim müəyyən etməyə kömək etsin ki, bu mənada nəyi gözləmək olar və hansı nəticələr əldə edilə bilər. Bizim məqsədimiz Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etmək üçün kömək etməkdir”.