AVCİYA rəhbərliyi Avropa Şurasının Azərbaycandakı Ofisinin rəsmiləri ilə görüşdü

Şamaxıda Dağlıq Qarabağla əlaqədar Ağ Evdə yayılan petisiya ilə bağlı tədbir keçirilib
AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir
AVCİYA Xocalı faciəsi ilə bağlı üç kitabın təqdimatını keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) rəsmiləri bu gün Avropa Şurasının Azərbaycandakı Ofisində görüşdə olmuşlar. Görüşdə AVCİYA-nın fəaliyyəti haqqında geniş məlumat verilmiş, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qarşıdan gələn prezident seçkiləri ilə bağlı assosiasiyanın gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib. O, qeyd edib ki, artıq ilin əvvəlindən AVCİYA ATƏT-in , İFES-in, ABŞ Respublikaçılar İnstitutunun (IRI), ABŞ-ın Kountrpart təşkilatının Bakı ofisləri, Avrasiya Əməkdaşlıq Fondu ilə əlaqələri genişləndirmiş və Avropa Şurasının Azərbaycandakı Ofisi ilə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Seçki Qərargahının rəhbəri həmçinin prezident seçkilərinin ölkə üzrə monitorinqini təşkil etmək məqsədilə 15 avqust – 02 sentyabr 2008-ci il tarixində İsmayıllı, Göyçay, Qax, Qəbələ, Mingəçevir, Gəncə, Şirvan, Saatlı, Salyan, Lənkəran, Xaçmaz və Quba şəhərlərində müşahidəçilər üçün treninqlər keçirildiyini və “2008-ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası”nın müşahidəçilərə paylandığını görüş iştirakçılarının nəzərinə çatdırdı. Bundan əlavə AVCİYA-nın seçki günü ölkə üzrə “exit-poll”, “quick-count” keçiriləcəyi də planlaşdırdığını bildirildi.

Avropa Şurasının Azərbaycandakı Ofisinin seçki üzrə köməkçisi Elvin Məmmədov prezident seçkiləri ilə əlaqədar görüləcək işlər barədə məlumat verdi. O bildirdi ki, Avropa Şurasının 5 nəfərlik nümayəndə heyəti sentyabrın 15-də, Prezident seçkiləri ərəfəsi isə 30 nəfərlik müşahidəçi qrupunun Azərbaycana gələcəyi gözlənilir.

Görüşün sonunda Avropa Şurasının seçkilərlə bağlı Azərbaycana gələcək nümayəndələri ilə AVCİYA rəsmilərin görüşlərinin təşkil edilməsi ilə bağlı ilkin razılıq əldə olundu. Bununla əlaqədar AVCİYA Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Veronika Kotekə məktub da ünvanlayıb.