AVCİYA Şamaxıda seçki məslələrinə aid seminar keçirdi

DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir
AVCİYA referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını təqdim edib
AVCİYA Bakıda seçkilərlə bağlı treninq keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şamaxı şəhərində seçici hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirib. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib. AVCİYA – nın “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutuan seminarda “Seçki Məcələsinə” dəyişiklərlə bağlı assosiasianın tövsiyyələri iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub.
Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin sonunda AVCİYA seçki qərargahını rəhbəri Məhərrəm Zülfüqarlı, seçki qərargahının üzvü Osman Ağayev, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev və Ankara Universitetin magistratura şöbəsinin məzunu Anar Şirinov tədbir iştirakçılarının suallarına avab vermişlər.

AVCIYA Mətbuat Xidməti