AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir

Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcəkmi?
AVCİYA seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir

Müşahidəçilər üçün zəruri qeydlər
(Əvvəli ötən buraxılışlarımızda)

Müşahidəçilər seçki prosesində aşağıdakılara xüsusi fikir verməlidirlər:
• səsvermə otağının və gizli səsvermə kabinəsinin qanunun tələblərinə tam uyğunluğuna;
• seçki bülletenlərinin və ya səs verməyə gəlmiş seçicilərin sayına;
• seçki komissiyası tərəfindən seçicinin şəxsiyyətini təsdiq edən sənədin düzgün yoxlanmasına, seçiciyə neçə seçki bülleteni verilməsinə;
• seçki məntəqəsində və ya onun kənarında hər hansı siyasi partiyanın və ya namizədin xeyrinə seçkiqabağı təşviqat materialının olub-olmamasına, ayrı-ayrı şəxslərin xeyrinə təbliğat aparılıb-aparılmamasına;
• məntəqə seçki komissiyası üzvləri və eləcə də digər şəxslər tərəfindən qutulara bülletenlərin atılıb-atılmamasına;
• səsvermənin gizliliyi prinsipinə əməl edilməsinə, daşınan seçki qutuları ilə seçki məntəqəsindən kənarda səsvermə keçirilməsinin qanunauyğunluğuna;
• bəzi seçicilərin öz ailə üzvlərinin əvəzinə səs vermə hallarının qarşısının alınmasına;
• müxtəlif namizədləri təmsil edən komissiya üzvlərinin qarşılıqlı razıılaşma yolu ilə namızədlər üçün bərabər sayda bülütenlərin qutulara salınmasının qarşısının alınmasına;
• səsvermənin qanunda göstərilən vaxtda başa çatdırılmasına;
• seçki bülletenlərinin qutulardan boşaldılması və yekun protokolların tərtibinə;
• səsvermə başa çatdıqdan sonra seçki qutuları açılarkən onların yararlığının yoxlanmasına;
• etibarsız hesab edilmiş və normal seçki bülletenlərinin bir-birindən ayrılaraq düzgün sayılmasına;
• səslərin sayılmasında sui-istifadə hallarının qarşısının alınmasına.
Müşahidəçi məntəqəyə özü ilə nə gətirməlidir?
• şəxsiyyət vəsiqəsi, müşahidəçilik səlahiyyətlərini təsdiq edən sənəd və ya akkreditasiya vəsiqəsi;
• gün ərzində aparılan müşahidələri qeyd etmək üçün dəftər, bloknot və qələm;
• bütün gün üçün kifayət edəcək qədər ərzaq;
• fənər və ya şam.
Seçki qurtardıqdan sonra məntəqə komissiyası aşağıdakı sənədləri 24 saat ərzində Dairə Seçki Komissiyasına göndərməlidir:
• məntəqə komissiyası tərəfindən seçki bülletenlərinin alınmasına aid akt;
• istifadə edilməmiş bülletenlərin ləğv edilməsi haqqında akt;
• seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt;
• korlanmış seçki bülletenlərinin sayı haqqında akt;
• seçicilərin ərizələri əsasında istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında akt;
• Müşahidəçilərin rəyləri.

II. RƏSMİ ŞİKAYƏT ƏRİZƏLƏRİNİN VERİLMƏSİ QAYDALARI

Müşahidəçi seçki günü hər hansı bir işdən narazı qaldıqda öz iradlarını bildirməlıdir. Bütün bunlar komissiyanın sədri, zəruri halda isə, komissiyanın iclası tərəfindən nəzərdən keçirilməlidir. Əgər müşahidəcinin qeyd etdiyi hallar aradan qaldırılmazsa, onda müşahidəçi rəsmi şikayət ərizəsi yazmalıdır.
Seçki Məcəlləsinin 112.1 maddəsinə görə 3 gün müddətində şikayət etmək olar.
Müşahidəçi mövcud Seçki Məcələsinin 112.5 maddəsinə uyğun aşağıdakı tələblərə əməl etməklə şikayət ərizəsini hazırlamalıdır:
• şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adi;
• şikayət edən subyektə şikayətə baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi ücün ünvan;
• şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
• əgər bu qərardısa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş secki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı vəzifəli şəxs göstərilməlidir;
• əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və vaxt aydın şəkildə göstərilməlidir;
• əgər bu hərəkətsizlikdisə, şikayətci cavabsiz qalmiş tələbi və tələbi cavabsiz qoyan şəxsi və ya orqanın adını göstərməlidir;
• şikayət üçün əsas Secki Məcəlləsinin, digər qanunverecilik aktlarının pozulmasının güman edilməsi ola bilər;
• güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət oldugunun izahı;
• şikayətçinin tələbi;
• aşağı secki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir;
• şikayətçi şikayət ərizəsini imzalamalıdır. Əgər şikayət seçkidə istirak edən siyasi partiya və ya siyasi partiya blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
• şikayəti təsdiqləmək məqsədilə mümkün qədər çox sənəd toplanmalı və ərizəyə tikilməli;
• şikayət ərizəsi bütün şahidlər tərəfindən imzalanmalı;
• müşahidəçi yuxarı seçki komissiyasına şikayət ərizəsi ilə müraciət etdikdə, ərizəyə tikilmiş əlavə sənədlərin iki surətdə olmasına əmin olmalıdır. Bir nüsxə komissiyada, digəri isə qəbz kimi, iddiaçıda qalmalıdır. Komissiyanın üzvlərindən biri iddiaçıda qalan sənədləri imzalamalı və möhürlə təsdiq etməlidir.
(Davamı var)