AVCİYA Zəngilanın işğalının ildönümü ilə bağlı “Dəyirmi masa” təşkil etdi

Heydər Əliyev və multikultural dəyərlər
Azərbaycanda seçkiləri müşahidə edəcək AŞPA missiyasının rəhbərinin adı məlum olub
M.Zaxarova: Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşması hələ seçkilər keçirilənədək aydın görünürdü

Sentyabrın 26-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ofisində Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə həsr edilmiş “Dəyirmi masa” oldu.

Tədbirdə qonaq qismində Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə, Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatı gənclər birliyinin sədri Şənlik Əliyev, yazıçı-publisist, müharibə veteranı Əlibəy Azəri, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü, Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nərmin Fərəcli, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musalı,  döyüşçü-jurnalist Asəf Quliyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, politoloqlar Nəzakət Məmmədova və Zaur Məmmədov iştirak edirdi.

Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev açdı. D.Musayev AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun salamlarını “Dəyirmi masa” iştirakçılarına çatdırdı və adı çəkilən təşkilatın Qarabağ həqiqətlərini, işğal olunmuş Azərbaycan rayonlarındakı mövcud durumu dünya birliyinə çatdırmaq üçün gördüyü işlərdən danışdı. Əlibəy Azəri “Dəyirmi masa”nın təşkilatçılarına minnətdarlığını bildirdi və Zəngilan rayonu uğrunda gedən döyüşlər barəsində danışdı. Təranə Şükürlü Zəngilan rayonunun tarixindən və rayonun maddi-mədəniyyət abidələrindən bəhs etdi. Asəf Quliyev Zəngilan rayonunun işğalı ilə bağlı bəzi məqamları vurğuladı. Ceyhun Musaoğlu bu cür tədbirlərin əhəmiyyətini qeyd etdi və Zəngilan xatirələrini söylədi. Nərmin Fərəcova rəhbərlik etdiyi muzeyin tarixindən və orada qorunan eksponatlardan danışdı. Natiq Quluzadə və Şənlik Əliyev zəngilanlıların bu günkü qayğılarından danışdılar və doğma torpağa yenidən qayıtmaq əzmində olduqlarını bildirdilər. Nəzakət Məmmədova ölkəmizin beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı gerçəklikləri çatdırmaq üçün görülən işlərdən söz açdı. Zaur Məmmədov Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan danışıqların məğzindən bəhs etdi.

Tədbirdə dövlətimizin bu münaqişənin tezliklə həll olunması üçün apardığı genişmiqyaslı işlərindən danışıldı və bu fəaliyyətin nəticəsi olaraq tezliklə torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminlik ifadə edildi.