AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1047 (1994)

Dağlıq Qarabağ münaqişəsi nəticəsində daha 13 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü aşkarlanıb
Dmitri Savelyev: Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir
Azərbaycan XİN Laçının işğalının 26-cı ildönümü ilə əlaqədar açıqlama yayıb

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR QƏTNAMƏ 1047 (1994)

1.Assambleya razılıqla qeyd edir ki, 1994-cü ilin mayın 12-də qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, o, mümkün qədər tezliklə müharibə edən tərəflər arasında sülh sazişi ilə nəticələnəcək.
2.1988-ci ildə başlamış bu münaqişə artıq 20 min insanın ölümü və bir milyondan çox qaçqınların olması ilə nəticələnmişdir.
3.Assambleya müharibə tərəflərini sülh sazişinin imzalanmasına həvəsləndirmək üçün ATƏM-in Minsk qrupu, Rusiya Federasiyası hökuməti, BMT Təhlükəsizlik Şurası, MDB Parlamentlərarası Assambleya və özünün Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsinin səylərini razılıqla qeyd edir.
4.O, Ermənistan və Azərbaycanın müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandanı tərəfindən 26 iyul 1994-cü ildə imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır və bütün müharibə tərəflərini 12 may 1994-cü ildən qüvvədə olan qeyri-sabit atəşkəsə təhlükə yarada biləcək hər hansı düşmənçilik hərəkətindən çəkinməyə təkidlə çağırır.
5.O, sülh sazişinin imzalanmasına bütün imkanları çərçivəsində, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqun həvəsləndirilməsi yolu ilə, yardım etmək üçün hazır olduğunu bəyan edir.
6.Nəhayət, o, müharibə tərəflərini qaçqınların təcili əsasda evlərinə qayıtmasını təşkil etməyə və onun 1201 saylı Tövsiyəsində dəstəkləndiyi kimi azlıqların hüquqlarına hörmət etməyə çağırır, və Azərbaycan və Türkiyəni onların Ermənistanla olan kommunikasiya vasitələrinin blokadasına dərhal son qoymağa təkidlə çağırır.