Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətini İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən silsilə diskussiyalar davam edir.

Növbəti diskussiya “Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin müəllimləri dosent Anar Qafarov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, tarix elmləri doktoru, professor Musa Quluzadə və fəlsəfə elmləri doktoru Aydın Əlizadə iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.

Müzakirədə dini dözümlülük ənənələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Ölkəmizdə sovet hakimiyyəti dövründə xalqımızın milli kimliyindən uzaqlaşdırıldığı, dini-ibadət ocaqlarının dağıdıldığı, dini ayinlərin icrasının qadağan olunduğu bildirilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunub. Din sahəsindəki sabitliyin təmin olunması, radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, müqəddəs ibadət ocaqlarının fəaliyyəti bərpa olunub, yeniləri inşa edilib. Ümummilli Liderin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, tolerantlıq ənənələrinin qorunmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri xüsusi vurğulanıb.

Tədqiqatçılar ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan təcrübəsinin dünyanın müxtəlif ölkələrində öyrənildiyini söyləyiblər. Bildirilib ki, milli mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşıb. Əsrlər boyu olduğu kimi, bu gün də ölkəmizdəki müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində yüksək hörmət və etimadla mənəvi-əxlaqi dəyərlərə söykənən bir mühitdə birgə yaşayırlar. Mütəxəssislər İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmənin önəmindən danışaraq vurğulayıblar ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir.