Azərbaycan Milli Məclisinə seçkilərdə səsvermə başlayıb

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
AVCİYA prezident seçkiləri ilə bağlı Uzunmüddətli Müşahidə Missiyası həyata keçirəcək
Sual-cavab

Bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. APA-nın məlumatına görə, artıq səsvermə başlayıb. Seçki məntəqələri saat 8.00-da seçicilərin səs verməsi üçün açılıb. Hazırda Azərbaycanda 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaş var. Seçicilərin sayından 3% artıq – 5 096 574 ədəd bülleten çap olunub.
Qeyd edək ki, Milli Məclisə keçiriləcək 4-cü çağırış seçkilərlə əlaqədar 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyir./APA/