Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu alıb

İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabı təqdim edildi
“Xəzər beşliyi”nin İşçi Qrupunun bu gün Nur-Sultanda iclası başlayır

Azərbaycan Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.

Qeyd edək ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Azərbaycan da daxil olmaqla hazırda alyansın 57 müşahidəçi üzvü var.