Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

Azərbaycanda prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının rəhbəri təyin edildi
Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib
Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. Bu texniki əməliyyat uğurla həyata keçirilib. Prosesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin resursa daxil olmasında heç bir problem qeydə alınmayıb.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkənin provayderlərinin hazırlıqsız olması bu prosesi təxirə salmışdı. Əməliyyat dünyada ilk dəfə olaraq oktyabrın 11-də reallaşdırılıb.

“ICANN”ın məlumatına görə, açarların dəyişdirilməsindən ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da qısa zamanda aradan qaldırılıb.